Kampaniya Haqqında!
“PEPSİ HƏDİYYƏLƏR QAZANDIRIR” 1 TİRAJLI STİMULLAŞDIRICI LOTEREYANIN
KEÇİRİLMƏ ŞƏRTLƏRİ
1. LOTEREYA VƏ ONUN TƏŞKİLATÇISI BARƏDƏ MƏLUMATLAR
1.1. Lotereya təşkilatcısı barədə məlumat: Bu lotereya “Mars Overseas Baku LTD” MMC-nin tapşırığına əsasən “Admedia.az” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilir.
1.2. Lotereya təşkilatçısının VÖEN-ni: 2002644161
1.3. Lotereya təşkilatçısının hüquqi ünvanı: AZ1149, Bakı şəhəri, Xətai rayonu, vunqtau, ev 18, mənzil 22
1.4. Lotereya təşkilatçısının əlаqə vasitələri:
Rəsmi sayt: www.admedia.az
E-mail: info@admedia.az
1.5. Lotereyanın adı: “PEPSİ hədiyyələr qazandırır” 1 tirajlı stimullaşdırıcı lotereya (bundan sonra
“Lotereya”)
1.6. Lotereyanın keçirilmə forması: 1 tirajlı stimullaşdırıcı.
1.7. Lotereyanın keçirildiyi ərazi: Azərbaycan Respublikasının ərazisi.
1.8. Lotoreyanın obyekti: PEPSİ markasına aid olan aşağıdakı məhsullar
• Pepsi Sadə 2 lt
• Pepsi Twist 2 lt
• Pepsi Mango 2 lt
• Pepsi Zero Sugar 2 lt
• Pepsi Regular 1 lt
• Pepsi Twist 1 lt
• Pepsi Mango 1 lt
• Pepsi Zero Sugar 1 lt
• Pepsi Regular 200 ml (şüşə)
• Pepsi Regular 250 ml
• Pepsi Regular 330 ml (metal qablaşdırma)
• Pepsi Zero Sugar 330 ml (metal qablaşdırma)
• Pepsi Regular 0.5 lt
• Pepsi Twist 0.5 lt
• Pepsi Mango 0.5 lt
• Pepsi Mango 0.5 lt
• Pepsi Zero Sugar 0.5 lt
• Mountain Dew 1 lt
• Mountain Dew 330 ml (metal qablaşdırma)
• Mountain Dew 330 ml
• Mountain Dew 0.5 lt
• 7up 1 lt
• 7up 2 lt
• 7up 330 ml (metal qablaşdırma)
• 7up 0.5 lt
• 7up 0.5 lt
• Mirinda Portağal 1 lt
• Mirinda Alma 1 lt
• Mirinda Portağal 2 lt
• Mirinda Alma 2 lt
• Mirinda Portağal 250 ml
• Mirinda Alma 250 ml
• Mirinda Portağal 0.5 lt
• Mirinda Alma 0.5 lt
• Mirinda Portağal 0.5 lt
• Mirinda Alma 0.5 lt
• Yedigün 330 ml (metal qablaşdırma)
2. LOTEREYANIN KEÇİRİLMƏ MÜDDƏTİ, LOTEREYADA İŞTİRAK HÜQUQUNUN ƏLDƏ EDİLMƏSİ QAYDASI.
2.1. 15 oktyabr 2025 – 15 dekabr 2025 tarixlərində lotereya şərtlərinin 1.8 bəndində qeyd edilən məhsulları satın alan şəxslər bu lotereyada iştirak edə bilərlər. Lotereyada iştirak etmək istəyən 18 yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilərlər.
2.2. Lotereya şərtlərinin 1.8-ci bəndində qeyd edilən PEPSİ məhsulundan alan şəxs lotereyada iştirak şansı qazanır. Lotereya şərtlərinin 1.8-ci bəndində qeyd edilən hər Pepsi məhsulundən alış-veriş bir şans qazandırır. (Misalçün, Şəxs alış-veriş zamanı 25 AZN-lik ümumi alış-veriş edirsə və həmin məhsulların içərisində 2 ədəd lotereya şərtlərinin 1.8-ci bəndində qeyd edilən Pepsi məhsulu varsa, bu halda lotereya iştirakçısı 2 şans qazanır. Lotereyanın təşkil edildiyi tarixdə həmin şəxs müxtəlif mağazalardan müxtəlif zamanlarda lotereyanın 1.8-ci bəndində qeyd edilən Pepsi məhsulu alarsa, aldığı hər Pepsi məhsulu qədər lotereyada iştirak şansı qazanır. )
2.3. Lotereya bileti elektron unikal 16 rəqəmli kod (Misalçün 45B13A3209C084QD) formasındadır. Həmin kod www.lotereya.pepsi.az saytı vasitəsilə lotereyanın təşkil ediləcəyi tarixlərdə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən istənilən ticarət obyektindən alınmış və alış qəbzinin üzərindəki QR kodu oxutduqdan sonra lotereyanın 1.8-ci bəndində qeyd edilən hər Pepsi məhsul sayı qədər təqdim edilir. www.lotereya.pepsi.az saytında alış qəbzinin üstündəki qəbzi oxudaraq lotereya iştirakçısı qeydiyyatdan keçməli və şəxsi kabinet açmalıdır. Qeydiyyat zamanı lotereya iştirakçısından ad, soyad, şəxsiyyət vəsiqəsinin nömrəsi, telefon nömrəsi və email tələb edilir. Hər bir lotereya iştirakçısının şəxsi kabinetində lotereyanın bilet nömrəsi (nömrələri) sayılan 16 rəqəmli unikal kod göstərilir. Hər bir iştirakçı istənilən sayda lotereya biləti əldə edə bilər. Lotereya iştirakçıları şəxsi kabinetdə lotereya biletinin sayı və nömrələri barədə məlumatı əldə edə bilərlər.
2.4. Uduşun alınması zamanı loteraya qalibi lotereya şərtlərinin 5.1 bəndində qeyd olunan sənədi təqdim edə bilmədikdə və ya hər hansı səbəbdən müvafiq uduşu qeyd edilən ünvandan qeyd edilən müddətdə götürməsə uduşu almaq hüququnu itirir və uduş lotereya təşkilatçısının sərəncamında qalır.
3. LOTEREYANIN UDUŞ FONDU
3.1 Lotereyanın uduş fondu tirajın uduş fondu oynanılmamışdan əvvəl formalaşdırılır. Lotereyanın uduş fondu aşağıdakılardan ibarətdir:
Araz Supermarket – 4 (dörd) ədəd, Adore ətir mağazası – 2 (iki) ədəd və Gosport idman geyimləri mağazasından – 2 (iki) ədəd hədiyyə kartları- ümumilikdə 8 (səkkiz) ədəd – 1 (bir) ədədi 50 (əlli) AZN olmaqla, ümumilikdə 400 (dörd yüz) AZN dəyərində;
Yeni, Azərbaycan istehsalı, 29 ölçülü velosiped-qara rəng, - 4 (dörd) ədəd
Yeni, JBL qulaqlıq, - 4 (dörd) ədəd
Yeni, EUROACS Səsgücləndirici – 4 (dörd) ədəd –
Yeni, Toshiba 32V35ME Televizoru – 4 (dörd) ədəd –
Yeni, Elektron Skuter 4 (dörd) ədəd –
Yeni, Planşet iPad A16 128GB – 3 (üç) ədəd
Yeni, Ağıllı Saat Apple Watch SE GPS Gen.2 (2024) 40mm – 2 (iki) ədəd, -
Yeni, Sony Playstation 5 – 2 (iki) ədəd
Yeni, Notbuk Apple MacBook Air 13 M1 8GB - 3 (üç) ədəd
Yeni, Smartfon İphone 16 PRO MAX 256GB – 3 (üç) ədəd
2026-cı ilin May-İyun ayında Türkiyənin Antalya şəhərinə (Kemer) tur paket 2 nəfərlik (bir otaqda iki nəfər qalmaqla), 5 ulduzlu oteldə gecələmə, gündə 3 dəfə qidalanma daxil- 5 gecə, 6 gün, 2 nəfərlik təyyarə bileti, 2 nəfərlik səyahət sığortası, transfer xidməti – 1 (bir) ədəd
3.2 Lotereyada qeyd edilən uduşların pul ekvivalenti ödənilmir.
4. LOTEREYANIN UDUŞ FONDUNUN (TİRAJIN) OYNANILMASI QAYDASI
4.1. Lotereya 1 (bir) tirajdan ibarətdir və onun uduş fondunun oynanılması 26 Dekabr 2025-ci il tarixində Bakı şəhəri, Əbdüləzəl Dəmirçizadə 2G, Bakı, Azərbaycan ünvanında canlı olaraq keçiriləcək və lotereya şərtlərinin 6.1-ci bəndində qeyd edilən sosial şəbəkə hesablarında canlı olaraq yayımlanacaqdır.
4.1.1. Tiraj zamanı lotereyada iştirak etmiş müştərilərə məxsus lotereya şərtlərinin 2.3-cü bəndində qeyd edilən unikal kodlar və qarşısında iştirakçıların adı olan vərəqlər bükülmüş vəziyyətdə (lotereya zamanı şəxs 15 ədəd şans əldə etmişdirsə, hər 15 şans üçün www.lotereya.pepsi.az saytı vasitəsilə generasiya edilmiş unikal kod vərəqə yazılaraq lototrona daxil ediləcəkdir) xüsusi lototrona yerləşdiriləcək, qarışdırılacaq və ardıcıl olaraq lototrondan çıxarılacaq.
Hər iki uduş fondunun oynanılması zamanı biletlər növbəliliklə qutudan çıxarılır. Hər uduş fondunda öncədən uduş fondu diqqətə çatdırılmaqla növbəliliklə
• Araz Supermarket – 4 (dörd) ədəd, Adore ətir mağazası – 2 (iki) ədəd və Gosport idman geyimləri mağazasından – 2 (iki) ədəd hədiyyə kartları ümumilikdə-8 (səkkiz) ədəd – 1 (bir) ədədi 50 (əlli) AZN olmaqla, ümumilikdə 400 (dörd yüz) AZN dəyərində; oynanılır
4.2. Qalib tərəfindən uduşun alınması hüququnun üçüncü şəxslərə güzəşt edilməsinə yol verilmir.
4.3. Təşkilatçı uduş fondunun oynanıldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində və internet saytında məlumat dərc edir.
4.4. Lotereyada iştirak etmiş və qalib olmuş şəxslərlə www.lotereya.pepsi.az saytında qeydiyyat zamanı daxil etdikləri telefon nömrəsi və email ilə əlaqə saxlanılacaq və məlumat təqdim ediləcək.
5. UDUŞLARIN VERİLMƏSİ (ÖDƏNİLMƏSİ) QAYDASI VƏ MÜDDƏTİ
5.1. Təşkilatçı tərəfindən uduşların verilməsi üçün müraciətlərin qəbulu uduş fondu oynanıldıqdan 1 (bir) iş günü sonra başlayaraq 90 (doxsan) iş günü ərzində davam edir. Uduşun verilməsi (ödənilməsi) üçün müraciətlər lotereya təşkilatçısının olduğu yerdə - Bаkı şəhəri, Ə.Dəmirçizadə 2G ünvanında yerləşən “Admedia.az” baş ofisində qəbul ediləcəkdir. Uduş uduşlu unikal kodun sahibinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdən sonra verilir. Qalib tərəfindən 90 (doxsan) iş günü ərzində götürülməmiş hədiyyələr təşkilatçının sərəncamında qalır.
5.2. Bu Şərtlərdə nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsi və uduşlu biletlə müraciət edildikdən sonra 30 (otuz) iş günündən gec olmayaraq Uduş sahibinə təqdim olunacaqdır.
6. LOTEREYA BARƏDƏ MƏLUMATLANDIRMA
6.1. Lotereyanın şərtləri, həmçinin tirajların uduş fondunun oynanılmasının nəticələri və lotereya ilə bağlı məlumatlar https://www.instagram.com/pepsiazerbaijan/ rəsmi instagram sosial media hesabında yerləşdiriləcək.
7. YEKUN MÜDDƏALAR
7.1. Bu şərtlər lotereya iştirakçılarının tanış ola bilməsi üçün Təşkilatçının rəsmi saytında (www.lotereya.pepsi.az ) açıqlanır.
7.2. Lotereyanın iştirakçısı tərəfindən lotereyanın keçirilmə şərtlərinin 2.1, 2.2, 2.3 və 2.4 bəndində qeyd edilən şərtlərin pozulması, və ya İştirakçı tərəfindən hazırkı Şərtlərin icrasından imtina (o cümlədən Lotereyanın keçirilməsi və/və ya uduşun əldə olunması, qaydası və müddəti ərzində) İştirakçı tərəfindən Lotereyada iştirakdan imtina kimi hesab ediləcək.
7.3. Bu Şərtlərdə öz əksini tapmamış digər məsələlər lotereyalar haqqında mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənir.
7.4. Qaliblərin siyahısı və onlar haqqında məlumatlar tirajdan sonra Təşkilatçının rəsmi saytında (www.lotereya.pepsi.az ) və kütləvi informasiya vasitələrində (www.oxu.az, www.baku.ws, www.report.az, www.iqtisadiyyat.az, www.qafqazinfo.az) dərc ediləcəkdir.
7.5. Lotereyanın keçirilməsi ilə təşkilati və digər məsələlərin həlli üzrə məsul şəxs “Admedia.az” MMC-nin marketinq şöbəsinin rəhbəri Şahin İsazadə Zülfüqar oğlu (email: shahin.isazade@admedia.az